Martın 11-dən 19-dək Özbəkistanın paytaxtı Daşkənddə
ölkənin ilk qrossmeysteri Qeorgi Aqzamovun xatirəsinə
həsr olunmuş IX beynəlxalq şahmat turniri keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, 9
turdan ibarət İsveçrə sistemi üzrə təşkil olunacaq
yarışda Azərbaycanı Eltac Səfərli təmsil edəcək.
İdmançımız turnirin üçüncü reytinq favoritidir.
Turnirdə 81 şahmatçı birincilik uğrunda yarışacaq. |