Naxçıvan
Şahmat Mərkəzində 5 mart - Bədən Tərbiyəsi və İdman
Gününə həsr olunan Naxçıvan şəhər məktəblərinin
komandaları arasında şahmat birinciliyi keçirilib.
Açılış mərasimində çıxış edənlər bədən tərbiyəsi və
idman günü münasibətilə idmançıları təbrik edib, onlara
uğurlar arzulayıblar.
Sonra şahmatçılara yarışın qaydaları barədə məlumat
verilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə təhsil
şöbəsinin birgə təşkil etdiyi birincilikdə 16 komanda
olimpiya sistemi üzrə mübarizə aparıb. Hər komandanın
heyəti 4 oğlan və 2 qız şahmatçı olmaqla, 6 nəfərdən
ibarət olub. Yekun nəticəyə əsasən, Naxçıvan şəhər 8
nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb.
Digər iki pillədə isə 14 və 5 nömrəli tam orta
məktəblərin komandaları qərarlaşıblar. |