Bakı
şəhər 82 nömrəli tam orta məktəbdə paytaxt məktəbliləri
arasında XXVII spartakiadanın proqramına daxil olan
qızlar arasında basketbol yarışında birinci yeri tutmuş
komanda üzvlərinin mükafatlandırılması mərasimi
keçirilib.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş
məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini
Salman Əbdülov, Nərimanov rayon Gənclər və İdman
İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və
İdman Baş İdarəsinin məsul əməkdaşı Cəlil Əlizadə,
məktəbin direktoru Vaqif Mehdiyev və digər rəsmi şəxslər
iştirak ediblər. Çıxış edən natiqlər qalib komandanın
üzvlərini və məşqçi-müəllimi əldə olunan uğurlara görə
təbrik edib, onlara növbəti yarışlarda müvəffəqiyyətlər
arzulayıblar. Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman
Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə
hədiyyələri ilə təltif olunublar. |