Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Debat dərsləri maraqla qarşılandı

 

Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə ayrı-ayrı  fənlər üzrə debat dərslər keçirilib. Bu dərslərin keçirilməsində məqsəd şagirdlərin mütaliə vərdişlərinin  möhkəmləndirilməsi olub.

Debat dərslərdən öncə qonaqlar tədris ocağının foyesində təşkil olunmuş sərgi ilə tanış olublar. Sonra isə  onlar şagirdlərin mütaliə etdikləri bədii əsərlər əsasında hazırlanmış səhnəcikləri seyr ediblər. 

Liseydə "Ən yaxşı oxucu mənəm" müsabiqəsinin qalibləri də mükafatlandırılıb. "Gənc yazarlar" nominasiyaları üzrə 10a1 sinif şagirdi Nicat İsmayılov, 10a1 sinif şagirdi Orxan Əhmədov və 9r1 sinif şagirdi Ayşən Əliyeva I yerə layiq görülüblər.

Qeyd edək ki, liseyin şagirdləri "Yalnız mütaliə etmirəm, həm də mütaliəyə cəlb edirəm" adlı layihəni uğurla davam etdirirlər.  Onlar uşaq evlərinə  baş çəkərək, mütaliəyə olan marağı daha da artırmağa və məktəblilərdən ibarət oxucu auditoriyasını genişləndirməyə çalışırlar.

Təhsil naziri Mikayıl Cabbarovun "Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" əmrinə uyğun olaraq, liseydə "Şəxsiyyət tərbiyəsində, insanın kamilləşməsində, dünyagörüşünün formalaşmasında mütaliənin rolu" mövzusunda hazırlanmış silsilə tədbirlər davam etdirilir. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov