Abşeron
Rayon Təhsil Şöbəsinin metodisti Xalidə Hüseynovadan
aldığımız məlumata görə, Xırdalan şəhər Heydər Əliyev
Mərkəzində keçirilən bayram şənliyində rayon ziyalıları,
ictimaiyyət nümayəndələri, məktəb şagirdləri və qonaqlar
iştirak ediblər.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev
milli bayramımız olan Novruzun minilliklərin sınağından
keçərək bu gün əsl birlik bayramına çevrildiyini və ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq bayramı
kimi hər il böyük təntənə ilə qeyd olunduğunu diqqətə
çatdırıb. Yazın gəlişini bildirən və xalqımızın
milli-mənəvi dəyərlərini özündə əks etdirən müxtəlif
oyunlar, Kosa ilə Keçəlin duzlu-məzəli zarafatları,
pəhləvanların çıxışları, şən mahnılar iştirakçılarda xoş
ovqat oyadıb. Tədbirdə məktəblilər xarici qonaqlara
Novruz bayramı barədə ingilis dilində ətraflı məlumat
veriblər.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |