Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

"Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz"

 

Martın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix fakültəsinin və  Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə universitetdə "Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir  keçirilib.  Tədbir  iştirakçıları əvvəlcə ulu öndər  Heydər Əliyevin ADPU-dakı abidəsi önünə gül dəstələri qoyublar. Sonra tədbir universitetin böyük zalında davam etdirilib.

ADPU-nun tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Baxşəliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, ümummilli lider Heydər Əliyev həmişə xalqımızın ictimai-siyasi və mədəni-mənəvi həyatının yüksəlişinə xüsusi diqqət yetirirdi. Milli düşüncənin inkişafında dilin əvəzolunmaz vasitə olduğunu yaxşı bilən Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusu almasına daim səy göstərmişdir. 1978-ci ildə məhz ulu öndərin qətiyyət və fədakarlığı sayəsində Azərbaycan dili dövlət dili kimi Konstitusiyaya salınmışdı. Eyni zamanda ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra xalqımızın bir çox adət-ənənələri, bayramları bərpa edildi. Xalqımızın əziz milli bayramı olan Novruz ulu öndər  Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən ölkəmizdə rəsmi qaydada qeyd edilməyə başladı. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev paytaxtda Novruz bayramı münasibətilə keçirilən xalq şənliklərində iştirak edir, sadə vətəndaşların bayram əhvali-ruhiyyəsini, sevincini bölüşürdü.

Ulu öndər  Heydər Əliyevin müdrik dövlətçilik kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizə, o cümlədən Novruz bayramına olan qayğıkeş münasibəti bu gün eyni ənənəni yaşadır.

Tədbirdə Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova çıxış edib.

Sonra ulu öndər Heydər Əliyev haqqında slayd nümayiş etdirilib. Məktəblilər onun haqqında şeirlər söyləyib, "Yallı" rəqsini ifa ediblər. Novruz bayramının personajları olan Kosa, Keçəl və Bahar qızının ifa etdikləri səhnəcik, ADPU-nun tələbə-gənclərinin oxuduqları mahnılar, "Cahan" qrupu və muğam ustalarının çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov