"Naxçıvan" Universitetinin pedaqoji fakültəsinin
riyaziyyat və informatika kafedrasının təşkilatçılığı
ilə I kurs tələbələri arasında "Hamı kompüteri
bilməlidir" adlı bilik yarışması keçirilib. Yarış
başlamazdan əvvəl universitetin tədris işləri üzrə
prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim
Kazımbəyli, riyaziyyat və informatika kafedrasının
müdiri Məftun Əliyev çıxış edərək bu cür tədbirlərin
keçirilməsinin əhəmiyyətindən söz açıb, yarış
iştirakçılarına uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. 15 komandanın iştirak etdiyi
yarışın nəticələrinə əsasən xarici dillər fakültəsinin
"1+4 hazırlıq qrupu" komandası birinci yerə layiq
görülüb, pedaqoji fakültənin "İnformation" komandası
ikinci, xarici dillər fakültəsinin "The Snowdrop"
komandası isə üçüncü yerin sahibi olublar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar
təqdim olunub.
Mətbuat xidməti |