Adamların
əksəriyyəti kifayət qədər yuxu almayanda bunu hiss
edirlər. Lakin yatmaq üçün lazım olan vaxt nə qədərdir?
Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında aparılmış
bir tədqiqata görə, bu, sizin yaşınızla bağlıdır.
Rejimin olmaması, alkoqollu içkilərin və stimulyantların
qəbulu, üstəlik zəngli saatlar və gün işığı - bütün
bunların hamısı sizin daha çox "bioloji saat" kimi
tanınan bioloji ritminizə müdaxilə edə bilər. Virciniya
ştatının Arlinqton şəhərində mənzillənmiş xeyriyyə
təşkilatı - ABŞ Milli Yuxu Fondu (National Sleep
Foundation, NSF) bildirir ki, fərdi həyat tərzləri yuxu
ehtiyaclarının öyrənilməsi üçün əsas faktordur, lakin
yaşınıza uyğun olaraq burada ümumi tövsiyələr də var.
Yeni doğulanlar
(0-3 aylıq): İdeal halda yenicə doğulanlar hər gün 14
saatdan 17 saatadək yatmalıdırlar, hərçənd 11-13 saat da
kafidir. Onların 19 saatdan artıq yatmalarına yol vermək
olmaz.
Çağalar
(4-11 aylıq): tövsiyə olunan yuxu vaxtı 12-15 saatdır.
Azı 10 saat da kifayət edər. Onlar 18 saatdan artıq
yatmamalıdırlar.
Körpələr
(1-2 yaş): Körpələrin 11 və 14 saat arası yatmaları
tövsiyə edilir, lakin məqbul müddət 9 saatdan 16
saatadəkdir.
Məktəbəqədər uşaqlar
(3-5 yaş): Ekspertlər onlar üçün 10-13 saat yuxu vaxtını
tövsiyə edirlər. 8 saatdan az, 14 saatdan çox
məqsədəuyğun sayılmır.
Məktəb yaşlılar
(6-13 yaş): NSF onlara 9-11 saat arası yatmağı məsləhət
görür. 7 saatdan az, 12 saatdan çox yatmaq artıq sağlam
vərdiş sayılmır.
Yeniyetmələr
(14-17 yaş): Bu qrup üçün tövsiyə olunan yuxu vaxtı 8-10
saatdır. NSF bu qrupa 11 saatdan çox, 7 saatdan az
yatmağı məsləhət görmür.
www.med.az |