Təhsil
Nazirliyinin sifarişi ilə "Oturaq həyat tərzi -
sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi film
Azərbaycan dilinə tərcümə edilib.
"Uşaqların Sağlamlığı Naminə Rusiya İttifaqı" tərəfindən
istehsal olunan filmdə təhsilalanların sağlamlığının
qorunması, tədris şəraitindən irəli gələn
hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər
müvafiq məsələlərdən bəhs olunur.
Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil,
ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil
müəssisələrinə paylanılmaqdadır. Daha geniş yayımlanması
üçün film mərkəzi və regional kanallara da təqdim
edilib.
Filmin ictimaiyyətə çatdırılması "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda, Azərbaycan Respublikası təhsil
nazirinin "Təhsilalanların sağlamlığının qorunması və
təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil
texnologiyalarının tətbiqi üzrə işçi qrupunun
yaradılması haqqında" əmrində qarşıya qoyulan məqsədlərə
nail olmağa xidmət edir. |