Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Şagirdlər bayram tonqalı ətrafında yallı getdilər

 

Bakıdakı 182 nömrəli tam orta məktəbdə bayram şənliyi çox məzmunlu və maraqlı təşkil olunmuşdu. Məktəbin həyətində hazırlanmış  bayram şənliyində pedaqoji və şagird kollektivi ilə yanaşı, Təhsil Nazirliyindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən nümayəndələr, məktəb direktorları və KİV təmsilçiləri də iştirak edirdilər. Meydanda dairəvi düzülmüş şagirdlərin əlində xonçalar və səmənilər var idi. Bayram tonqalının yanında xalçanın üstündə oturmuş şagirdlər növbənöv şirnilər hazırlayıb Novruz xonçalarını bəzəyirdilər.

Məktəbin akt zalında davam edən al-əlvan çiçəklərlə, bayram xonçaları, rəngbərəng şamlar və səmənilərlə bəzədilmiş mərasimə Azərbaycanın Dövlət himninin sədaları altında üçrənglı bayrağımız gətirildi.

Məktəbin direktoru Zinyət Tağıyeva şənlik iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi. Sonra Azərbaycan xalqının minilliklər boyu qoruyub saxladığı mənəvi sərvəti - Novruz bayramının tarixi, adət-ənənələri, mərasimləri barədə məlumat verdi. Bildirdi  ki, onları yaşatmaq, nəsillərdən-nəsillərə ötürmək hər bir azərbaycanlının borcudur.

Tədbirin aparıcıları ilaxır çərşənbə, Novruzla bağlı xalqımızın həyatında yüz illərlə  yaşayan adət-ənənələrdən söz açdılar.

Tədbirdə iştirak edən qonaqlar çıxışlarında Novruz  bayramının milli köklərə bağlılığından  və tarixindən danışdılar.

Sonra meydan Kosa ilə Keçələ verildi. Novruzun əsas atributlarından olan Kosa və Keçəl məzhəkəli oyunları,  məzəli çıxışları ilə hamının diqqətini cəlb etdi.  Onlar Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, xalqımıza həmişə bayram əhvali-ruhiyyəli günlər arzuladılar.

Məktəbin istedadlı şagirdlərinin ifasında bədii proqram nümayiş olundu. Bahar qızın meydana gəlişi, təmsil etdiyi fəslin şəninə söylədiyi şeir və mahnılar, şagirdlərin ifaları, milli adət-ənənələrimizə aid oyunlar,  müxtəlif idman nömrələri bayram iştirakçılarında xoş ovqat yaratdı.

Tədbirin sonunda şagirdlər və qonaqlar bayram tonqalının ətrafında yallı getdilər.   

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov