Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun direktoru,
hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun rəhbərliyi
ilə institutun nümayəndə heyəti Qafqaz Universitetində
olub.
TPİ-nin direktoru Qulu Novruzov öncə dəvətə görə
universitetin rəhbərliyinə təşəkkürünü bildirib.
Təhsilin inkişafında müəllim hazırlığının əsas rol
oynadığını vurğulayan Q.Novruzov bu məsələnin TPİ-nin
fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu
söyləyib. Direktor, həmçinin, TPİ-nin yaranma tarixi,
məqsədləri, institutda aparılan tədqiqat işləri və
onların nəticələri barədə danışıb. Qısa zaman ərzində
institutun əldə etdiyi ilk uğurları, Fransa, Dağıstan,
Qazaxıstan ilə qurulan əməkdaşlıq haqqında ətraflı
məlumat verib. Çıxışında direktor Qafqaz Universiteti
ilə əməkdaşlığa və müxtəlif ölkələrin universitetləri
ilə olan birgə layihələrdə bərabər fəaliyyətə hazır
olduqlarını bildirib, bu əməkdaşlığın hər iki tərəf üçün
səmərəli olacağına əminliyini ifadə edib.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç
ARTPİ-nin nümayəndə heyətini universitetin tədris -
təcrübə mərkəzləri ilə tanış edib. Rektor sonra
universitetin pedaqoji fakültəsini təkmilləşdirmək və
savadlı müəllim yetişdirməyin əsas hədəflərindən biri
olduğunu vurğulayıb. Çıxışında Qafqaz Universitetində
gənc pedaqoji kadr potensialının olduğunu deyən
A.Saniç onların TPİ-nin təcrübəsindən istifadə
etmələrini zəruri sayıb. Rektor 2014-2015-ci tədris
ilində Qafqaz Universitetinin müəllimlik ixtisaslarını
seçən 32 nəfər tələbənin "Gələcəyin müəllimi" təqaüdünə
layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra Təhsil Problemləri İnstitutu ilə Qafqaz
Universiteti arasında əməkdaşlıq haqqında müqavilə
imzalanıb.
ARTPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |