Azərbaycan
Mədəniyyət və İncəsənət Universitetində gənc rəssam,
Rəssamlar İttifaqının üzvü, ADMİU-nun müəllimi Mətin
Şərifovun sərgisi nümyiş olunub. Sərgini universitetin
rektoru, professor Fərəh Əliyeva açaraq, rəssamın işi
ilə tanış olduğunu, gələcəkdə də belə sərgilərin
keçirilməsinin vacibliyini söyləyib. Xalq rəssamı Xanlar
Əhmədov da çıxış edərək gənc rəssama uğurlar arzulayıb.
Sərgidə rəssamın müxtəlif mövzularda çəkdiyi rəngkarlıq
əsərləri nümayiş olunub. Tədbirdə universitetin müəllim
və tələbə heyəti, rəssamlar iştirak ediblər. |