Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Mini-futbol üzrə çempionatın açılış mərasimi olub

 

Böyütmək üçün seçinMartın 10-da Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə təşkil etdiyi məktəblilərin mini-futbol üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov, idman ictimaiyyətinin nümayəndələri və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, çempionatın keçirilməsində məqsəd "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələri yerinə yetirmək, Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarını təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və yeniyetmələri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən F.Qurbanov bildirib ki, ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatlar təşkil olunur.

Böyütmək üçün seçinHazırda təhsil sistemində 2 ixtisaslaşmış uşaq-gənclər futbol məktəbi və 60 uşaq-gənclər idman məktəbində futbol bölməsi fəaliyyət göstərir. Həmin məktəblərdə 11 mindən çox yeniyetmə və gənc futbolla məşğul olur, 400-ə yaxın məşqçi-müəllim çalışır.

Nazir müavini yeni idman meydançalarının salınması istiqamətində də əhəmiyyətli işlər görüldüyünü vurğulayıb. Eyni zamanda uşaq-gənclər futbol məktəblərinin və idman məktəblərində fəaliyyət göstərən futbol bölmələrinin məşqçi-müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq, ehtiyat futbolçu hazırlığına təkan vermək məqsədilə AFFA ilə birgə "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında "C" kateqoriyalı məşqçi kurslarının təşkil olunması planlaşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva belə yarışların şagirdlərin ümumilikdə təhsilə marağının artmasına səbəb olduğunu deyib. İdman yarışları həm də məktəblilərin asudə vaxtlarını daha faydalı keçirməsinə stimul yaradır.

Rəsmi açılış mərasimindən sonra məktəblilərin mini-futbol üzrə Bakı şəhər çempionatının 2-ci mərhələsinin oyunlarına start verilib. Bu mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunub. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq.

Qeyd edək ki, çempionatın birinci mərhələsi Bakı şəhərində yerləşən 15 məktəbin idman zalında keçirilib. Bu mərhələdə paytaxtın 305 məktəbindən 3660 nəfər VIII sinif şagirdi iştirak edib.

Çempionat aprelin 6-dək davam edəcək. Yarışda I, II və III yeri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov