Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
"YUNESKO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15
sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə
826; 2006, ¹ 9, maddə 743; 2014, ¹ 9, maddə 1027) 3-cü
hissəsi aşağıdakı redaksiyada verilsin:
"3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli
Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin:
Komissiyanın sədri
Elmar Məmmədyarov
- Azərbaycan Respublikasının xarici işlər naziri
Komissiya sədrinin müavinləri
Akif Əlizadə
- Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mikayıl Cabbarov
- Azərbaycan Respublikasının təhsil naziri
Əbülfəs Qarayev
- Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov
- Azərbaycan Respublikasının rabitə və yüksək
texnologiyalar naziri
Komissiyanın üzvləri
Kamal Abdullayev
- Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər
Şurasının sədri
Novruz Məmmədov
- Azərbaycan Respublikası Prezidenti Administrasiyası
rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri
Fatma Abdullazadə
- Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Elmira Süleymanova
- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman)
Hüseynqulu Bağırov
- Azərbaycan Respublikasının ekologiya və təbii
sərvətlər naziri
Azad Rəhimov
- Azərbaycan Respublikasının gənclər və idman naziri
Hicran Hüseynova
- Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri
Aslan Aslanov
- Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) baş direktoru
Urxan Ələkbərov
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru
Samir Nuriyev
- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
rəisi
Zərifə Salahova
- Azərbaycan Kitab Cəmiyyətinin sədri".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10
mart
2015-ci
il |