Martın 3-də Milli Qəhrəman Elgiz Kərimov adına Bərdə
şəhər 4 nömrəli tam orta məktəbin idman meydançasında
Bərdə Rayon Gənclər və İdman İdarəsinin və təhsil
şöbəsinin birgə təşkilatçılığı ilə şəhər məktəblərinin
komandaları arasında 5 mart - Bədən Tərbiyəsi və İdman
günü münasibətilə çoxnövçülük üzrə şəhər birinciliyi
keçirilb.
Açılış mərasimində Gənclər və İdman İdarəsinin baş
məsləhətçisi Aydın Qasımov və RTŞ-ın metodisti İsa
Abbasov iştirak ediblər. 5 oğlan və 5 qızdan ibarət
komandalar sıra hazırlığı, turnikdə dartınma, qumbara
atma, kəndirə dırmanma və s. növlər üzrə yarışıblar.
Qaliblərə diplom və mükafatlar təqdim olunub.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |