Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Şahmatçılarımız Avropa çempionatında

 

İsraildə keçirilən kişilər arasında şahmat üzrə Avropa çempionatında beşinci turun oyunları başa çatıb. Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, 33 ölkədən 250 idmançının mübarizə apardığı çempionatda respublikamızı Rauf Məmmədov, Nicat Abbasov və Vüqar Rəsulov təmsil ediblər.

Beşinci turda Rauf Məmmədov Polşa şahmatçısı Daniel Sadzikovski, Vüqar Rəsulov isə İsrail təmsilçisi Konstantin Zalkind üzərində qələbə qazanıb. Nicat Abbasov isə Çexiya nümayəndəsi Viktor Laznicka ilə sülh bağlayıb. Beş turdan sonra Rauf Məmmədov 3,5 xalla 17-59-cu yerləri bölüşdürür. Nicat Abbasov və Vüqar Rəsulov 3 xal toplayıblar.

Turnirin lideri beş oyundan aktivinə 4,5 xal yazdıran ukraynalı Anton Korobovdur. Qeyd edək ki, çempionat İsveçrə sistemi üzrə 11 turdan ibarət olmaqla keçirilir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov