Fevralın 27-də Respublika Şahmat Mərkəzində 2003-2004-cü
il təvəllüdlü (12 yaşadək) oğlanlar və qızlar arasında
Bakı birinciliyinə start verilib. Bakı Şəhər Gənclər və
İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən keçirilən yarışda
64 idmançı (25 qız) iştirak edir.
BŞGİBİ-dən aldığımız məlumata görə, yarışlar beynəlxalq
dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə
İsveçrə sistemi üzrə keçirilir.
Oğlanlar arasında ilk 5, qızların mübarizəsində isə
1-4-cü yerləri tutan şahmatçılar iyunda təşkil olunacaq
respublika final mərhələsinə vəsiqə qazanacaqlar. |