Bakıdakı
8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) komandası
Rusiyanın Pyatiqorsk şəhərində keçirilən Beynəlxalq
Qılıncoynatma turnirindən uğurla qayıdıb.
İdman məktəbinin direktoru Elvin Məmmədxanovdan
aldığımız məlumata görə, turnirdə Azərbaycan, Türkiyə,
Ukrayna, Rusiya, Gürcüstan və Moldovadan 264 idmançı
iştirak edib.
2000-2005-ci il və 1998-1999-cu il təvəllüdlü olmaqla,
iki yaş qrupu üzrə qızlar və oğlanlar arasında keçirilən
yarışda ölkəmizi təmsil edən 8 nömrəli İOEUGİM-in
yetirmələri komanda hesabında ikinci yerə layiq görülüb.
Böyük yaş qrupunda 54 oğlan və 61 qız, kiçik yaş
qrupunda 66 oğlan və 83 qız idmançı birincilik uğrunda
mübarizə aparıb. Qeyd edək ki, bu turnirə Azərbaycan
təmsilçiləri 10-u idmançı olmaqla hakim, məşqçi-müəllim
və 1 nümayəndə ilə qatılıb. |