Bakıdakı
45 nömrəli tam orta məktəbdə məktəblilərin XXVII
spartakiadası çərçivəsində oğlanlar arasında basketbol
növü üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda Bakı
şəhərinin 12 rayonundan I yeri tutmuş komandalar iştirak
edib. Komandalar A və B qrupları üzrə mübarizə aparıb.
18 nömrəli tam orta məktəbin komandası A qrupunda
qüvvəsini sınayıb. Bu qrupda birinci oyun Nərimanov
rayonunu təmsil edən komanda ilə baş tutub. Daha sonra
məktəbin idmançıları Binəqədi-Suraxanı, Xətai-Nizami
rayonlarını təmsil edən komandalarla keçirilən
oyunlarda qələbə qazanaraq yarımfinala vəsiqə əldə
ediblər. Yarımfinalda B qrupunda II yeri tutmuş Türk
Anadolu Liseyi ilə gərgin keçən oyunda komanda cüzi xal
fərqilə məğlub olaraq III və IV yerlər uğrunda
yarışmada iştirak edib və III yerə layiq görülüb.
Komanda diplom və fəxri fərmanla mükafatlandırılıb.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |