Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Məktəblilərin Bakı şəhəri üzrə mini-futbol çempionatına start verilib

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin mini-futbol üzrə Bakı şəhər çempionatıına start verilib.  "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcovdan aldığımız məlumata görə, yarışda Bakıda yerləşən 305  ümumtəhsil məktəbindən 3660 nəfər VIII sinif  şagirdi  iştirak edir. AFFA tərəfindən təyin edilmiş hakimlərin idarə etdiyi yarışlar Bakı şəhərində yerləşən 12, 42, 26, 94, 95, 106, 158, 182, 183, 190, 200, 245, 276, 285, 310 nömrəli tam orta  məktəblərin idman zalında keçirilir.

Rayondaxili yarışları əhatə edən və "Olimpiya" sistemi üzrə keçirilən birinci mərhələnin oyunları martın 8-də başa çatacaq. II mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunacaq. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaqlar.

Çempionatın keçirilməsində məqsəd "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələri yerinə yetirmək, Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarını təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və yeniyetmələri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov