"Naxçıvan" Universitetinin əməkdaşları Zülfüqar
Zülfüqarovun və Əli Cabbarovun ABŞ-ın nüfuzlu SAPUB elmi
cəmiyyətinin nəşri olan rüblük "Amerika Turizm
Menecmenti" jurnalında "Azərbaycan Respublikasının
Naxçıvan Muxtar Respublikasında sosial turizmin
resursları, planlaşdırılması və inkişafı" adlı elmi
məqaləsi dərc olunub. Məqalədə Naxçıvan Muxtar
Respublikasında sosial turizm istiqamətində görülmüş
işlər təhlil olunmuş, Duzdağ Fizioterapiya Mərkəzində
sosial cəhətdən həssas əhali qruplarının pulsuz
müalicəsinin təşkilinin əhəmiyyəti göstərilmişdir.
Məqalədə vurğulanmışdır ki, keçmişdə sosial turizm
təcrübəsi bir çox yerlərdə, o cümlədən Azərbaycanın
hazırda Ermənistanın işğalı altında olan
Kəlbəcər-Qarabağ regionunda mövcud olmuş müxtəlif
istirahət-rekreasiya məkanlarında olmuşsa da, müasir
dövrdə Naxçıvan Muxtar Respublikasında bu sahənin
inkişafı üçün görülmüş tədbirlər mühüm əhəmiyyət
daşımaqdadır.
Məqalənin ingiliscə mətni ilə
http://journal.sapub.org/tourism onlayn səhifəsində
tanış olmaq mümkündür.
Nuray ƏSGƏROVA |