Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU)
"Səda" tədris teatrında Azərbaycanın xalq şairi,
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun 65 illik
yubileyinə həsr olunan tədbir keçirilib. Şairin özünün
də iştirak etdiyi tədbirdə "Aşıq sənəti" kafedrasının
müdiri Əhliman Rəhimov, dosentlər Samirə Əliyeva,
Fəzail Miskinli, Nemət Qasımov və Aşıq Altay Zəlimxan
Yaqubun sözləri üzərində aşıq nümunələri ifa ediblər.
Tədbirdə professor Gülşən Əliyeva-Kəngərli, filologiya
elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış
edərək şairin zəngin yaradıcılığından söhbət açıblar.
Ustad sənətkarla görüşdə əməkdar artist, dosent Ağalar
Bayramovun və eləcə də tələbələrin ifasında Zəlimxan
Yaqubun qələminə məxsus nümunələr səsləndirilib.
Sonda yubilyarın özü çıxış edərək universitetin
müəllim-tələbə heyətinə təşəkkürünü bildirib. Şair yeni
yazdığı şeirlərdən də söyləyərək, daha sonra tələbələrin
ona ünvanladığı sualları cavablandırıb.
Mətbuat xidməti |