Şəmkirdəki Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi
"Mənim bir günüm" adlı layihə çərçivəsində Çinarlı kənd
orta məktəbinin şagirdləri Dövlət Sərhəd Xidmətinin
rayon ərazisində yerləşən hərbi hissəsində olublar.
Təhsil şöbəsindən bildiriblər ki, məktəblilər hərbi
hissə ilə yaxından tanış olub, əsgərlərin təlim və
məşğələlərini izləyib, sərhədçi peşəsi, onların həyat
tərzi və vəzifələri haqqında ətraflı məlumat əldə
ediblər. Sonra şagirdlər ölkəmizin sərhəd xidmətindən
bəhs edən videofilmə baxıblar. |