Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əczaçılıq
ixtisası üzrə təhsil alan 14 tələbəsi martın 1-dən
Türkiyənin Ondokuz Mayıs Universitetində təcrübə keçir.
Universitetdən redaksiyaya bildiriblər ki, Türkiyənin
təhsil ocaqlarında təcrübə keçən tələbələrlə ADAU-da
görüş keçirilib. ADAU-nun rektoru, professor İbrahim
Cəfərovun, rəhbər müəllimlərin və baytarlıq sahəsi üzrə
aparıcı mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə
tələbələr təcrübə müddətində öyrəndikləri bilik, bacarıq
və vərdişlər barədə ətraflı danışıblar.
Tələbələrin hesabatlarını yüksək qiymətləndirən rektor
gələcəkdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini
vurğulayıb.
Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov
çıxış edərək deyib ki, Azərbaycan Dövlət Aqrar
Universitetinin tələbələri üçün inşa edilən mehmanxana
tipli yataqxana gələn tədris ilində istifadəyə
veriləcək.
Ümumi ərazisi 2 hektar olan yataqxananın yaşayış sahəsi
16 min kvadratmetrdir. Beş korpusdan ibarət 7 mərtəbəli
yataqxanada 230 otaq olacaq. Burada 527 tələbənin
yerləşdirilməsi nəzərdə tutulur. |