Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunurlar

 

Böyütmək üçün seçinHacıqabul şəhər İlqar Ələkbərov adına 1 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Adilə Salmanovanın redaksiyamıza  göndərdiyi  məktubda  bildirilir ki, şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi günün vacib   tələbidir.

Məktəbdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə Dövlət himninin öyrədilməsi, dövlət rəmzlərinin müqəddəsliyi hissinin hər bir şagirdə aşılanması ön plana çəkilir.

Bu məqsədlə RTŞ tərəfindən ötən həftə "Hərbi-vətənpərvərlik həftəsi" keçirilib.   Məktəbdə  gecələr, sərgilər, görüşlər, müsabiqələr və "dəyirmi masa"lar  təşkil edilib. Hərbi-vətənpərvərlik mövzusunda keçirilmiş "dəyirmi masa"da  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və zabit Fərid Əhmədovun xatirəsi anılıb. "Dəyirmi masa"da hər iki şəhidin mənəvi-psixoloji hazırlığı,  dözümlülüyü, döyüşçü həmrəyliyi, səngər dostluğu haqqında geniş məlumat verilib. Xalqımızın və dövlətimizin hər iki şəhidə və onların ailəsinə diqqət və ehtiramı şagirdlərin qəlbində böyük rəğbət hissi doğurub. 

"Qəhrəmanlar ölmürlər" mövzusunda qələmə alınmış inşa yazılarında Azərbaycan əsgərinin mübarizliyindən, dönməzliyindən, vətənə sədaqətindən  böyük məhəbbətlə söhbət açılıb. Hərbi-vətənpərvərlik mövzusunda qələmə alınmış əsərlərin müzakirəsi məktəbin kitabxanasında  keçirilib.

"Bu günün şagirdi sabahın əsgəridir" adı altında keçirilmiş görüş də şagirdlər tərəfindən maraqla qarşılanıb. Görüşdə əsgəri xidmətdən  məzuniyyətə gəlmiş Elşən Zərbəliyev öz təəssüratlarını şagirdlərlə bölüşüb. Əsgər qeyd edib ki, vətənpərvərlik hissi insanı Vətən yolunda misilsiz qəhrəmanlığa ruhlandırır, yüksək vətəndaşlıq, qeyrət, döyüşkənlik, məğrurluq hissi aşılayır. O, uşaqlara vətənini, xalqını, dilini, dinini sevməyi və vətən borcunu  ləyaqətlə yerinə yetirməyi arzulayıb.

Şəhər 1 nömrəli tam orta məktəbdə dərsdənkənar vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin  tarixi, azərbaycanlı generalların, milli qəhrəmanların, ad-san qazanmış əsgər və zabitlərin döyüş yolu, qəhrəmanlıq nümunələri diqqətlə öyrənilib  şagirdlərə təbliğ edilir. Bu mövzuda şagirdlərlə Azərbaycan tarixindən bilik yarışları keçirilib. "7 sual - 7 cavab" viktorinasında şagirdlər  Azərbaycan tarixinə, mədəniyyətinə, Konstitusiyasına, hərb tarixinə aid olan sualları böyük həvəs və coşqu ilə cavablandırıb, yüksək bilik nümayiş etdiriblər.

Məktəbdə aparılan hərbi- vətənpərvərlik tərbiyəsinin nəticəsi olaraq şagirdlər  əminlik ifadə ediblər ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham  Əliyevin apardığı  uğurlu daxili və xarici siyasətin nəticəsində tezliklə torpaqlarımız düşmən tapdağından azad olacaq, qaçqınlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov