Martın 2-də AMİ-nin Şamaxı filialında III kurs
tələbələrinin I istehsalat təcrübəsinin yekununa həsr
olunmuş konfrans keçirilib.
Tədbiri giriş sözü ilə filialın direktoru, filologiya
elmləri üzrə fəlsəfə doktoru Tünzalə Yusifova açaraq
tələbələri pedaqoji təcrübəni müvəffəqiyyətlə başa
vurmaları münasibəti ilə təbrik edib və bundan sonrakı
fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Tədris və tələbə şöbəsinin müdiri Ədilxan Zülfiqarov,
istehsalat təcrübə rəhbəri Zərifə Əsədova çıxış edərək
bildiriblər ki, tələbələr dərs zamanı interaktiv təlim
metodlarından uğurla istifadə ediblər. Onlar keçdikləri
sınaq dərsləri ilə fərqləniblər ki, bu da təhkim
olunduqları təhsil müəssisələrində rəğbətlə qarşılanıb.
Tədbirdə tələbələrin istehsalat təcrübəsi zamanı
keçdikləri "açıq dərs"lərin görüntüləri və istifadə
etdikləri əyani vəsaitlər nümayiş olunub.
Şamaxı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Sevda
Əliyeva çıxışında təcrübədə iştirak edən, daha çox
fəallıqları ilə seçilən tələbələrin adlarını açıqlayıb.
Onlara Şamaxı Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları
təqdim olunub.
Güləndam SƏFƏROVA |