Martın 5-də Sumqayıt Dövlət Universitetinin Heydər
Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika
müsabiqəsində qalib olmuş şagirdlərlə görüş keçirilib.
Görüşü SDU-nun elm və innovasiyalar üzrə prorektoru,
professor Ramazan Məmmədov açaraq "Sabahın alimləri" IV
Respublika müsabiqəsinin əsas məqsədinin yuxarı sinif
şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq
vərdişlərinin aşılanmasından ibarət olduğunu söyləyib.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif
Ələkbərov "Sabahın alimləri" IV Respublika müsabiqəsinin
keçirilməsinə görə təhsil naziri Mikayıl Cabbarova,
universitetin rektoru Elxan Hüseynova və şagirdlərin
müsabiqəyə hazırlanmasında zəhmət çəkmiş
professor-müəllim heyətinə təşəkkür edib. Bildirib ki,
"Sabahın alimləri" müsabiqəsi hər il ABŞ-da 70-dən artıq
ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF
- Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində
təşkil olunur. Bu müsabiqədə Sumqayıt şəhərinin TETG,
TTEL, "Təfəkkür" liseyi, "İstedad" liseyi, 31, 21 və 9
nömrəli ümumi təhsil müəssisələrinin IX-XI siniflərində
təhsil alan 39 şagird 19 layihə ilə iştirak edib.
Müsabiqəyə təqdim olunan bu layihələrdən 6-sı II və III
yerlərə layiq görülüb.
Qalib şagirdlər və onların elmi rəhbərləri universitet
rəhbərliyi tərəfindən diplom, pul mükafatı və
hədiyyələrlə mükafatlandırılıblar.
Sonda qonaqlar universitetdə yaradılmış müasir
standartlara cavab verən laboratoriya və
auditoriyalarla tanış olublar.
Mətbuat xidməti |