Əlaçı
tələbə
Təhsil
Nazirliyinə
və
universitet
rəhbərliyinə
minnətdarlıq
edir
Rüfanə
GÜNƏŞ,
"Azərbaycan
müəllimi"
r.qurbanova@muallim.edu.az
Ötən
ilin
sonlarında
təhsil
naziri
Mikayıl
Cabbarov
ali
təhsil
müəssisələrində
2014-2015-ci
tədris
ilinin
payız
semestrinin
imtahan
sessiyasının
təşkili
və
keçirilməsi
barədə
əmr
imzaladı.
Əmrdə
ali
məktəb
rektorlarına
sessiyanı
mövcud
qaydalara
uyğun
təşkil
etmək
tapşırıldı.
2015-ci
ildə ölkəmizdə
I
Avropa
Oyunlarının
keçirilməsi
ilə
əlaqədar
Bakı
şəhərində
yerləşən
ali
təhsil
müəssisələrində
payız
semestrinin
imtahan
sessiyası
dekabrın
25-də
başlayıb
və
yanvarın
18-də
sona çatdı.
İmtahan
sessiyasının
necə
keçirilməsi,
şəffaflığın
təmin
olunub-olunmaması
ilə
bağlı
məsələlərə
aydınlıq
gətirmək
üçün ötən
il
Azərbaycan
Dövlət
İqtisad
Universitetinə
(ADİU)
qəbul
olan
yeganə
Prezident
təqaüdçüsü
Emil
Alıyevlə
söhbətləşdik.
Dərsdən
sonra
universitetin
əsas
korpusuna
yollanırıq
və
oxu
zalında
Emillə
görüşürük.
Emil
Bakı şəhərində
anadan
olub.
Ailənin
kiçik
övladıdır.
74
nömrəli
tam
orta
məktəbin
rus
bölməsinin
məzunudur.
Qəbul
imtahanlarında
680
bal
toplayaraq
ADİU-nun
maliyyə
fakültəsinə,
yəni
arzuladığı
ixtisasa
qəbul
olub.
Müsahibədən
keçən
Emil
II
semestrdən
universitetdəki
xüsusi
istedadlar
fakültəsində
təhsilini
davam
etdirir.
Qrup
nümayəndəsidir.
Dərsdən
əlavə
məşğuliyyəti
idmanla
məşğul
olmaq,
iqtisadiyyatla
bağlı
kitablar
oxumaq,
riyazi
məsələlər
həll
etməkdir.
Hətta
məktəbdə
təhsil
alanda
magistratura
səviyyəsinin
məsələlərini
həll
edirmiş.
Amma
indi
dərslərinin
çoxluğundan
əlavə
məşğuliyyətlərə
vaxt
ayıra
bilmir.
Bakıda
keçiriləcək
I
Avropa
Oyunlarında
könüllü
kimi
fəaliyyət
göstərəcək.
Ona
ilk
sualımı
hazırkı
durumu
ilə
bağlı
verirəm:
-
Emil,
necəsən,
dərslərin
necə
gedir,
tələbə
həyatına
öyrəşə
bilmisənmi?
- İlk
vaxtlar
universitet
həyatına
öyrəşmək
çətin
gəlirdi.
Məktəbdə
tamam
fərqli
ab-havadır,
universitetdə
tamam
başqa.
Prezident
təqaüdçüsü,
eyni
zamanda
qrup
nümayəndəsi
olmaq əlavə
məsuliyyətdir.
Lakin
universitet
həyatına
çox
tez
uyğunlaşdım.
Çünki
müəllimlər
hər
biri
tələbəyə
qayğıyla
yanaşır.
-
Semestr
imtahanlarını
necə
verdin?
-
Birinci
semestrdə
verdiyim
6
imtahanın
hər
birindən
nəticəm
A
(əla)
oldu.
Bir
imtahandan
93,
ikisindən
94, üçündən
isə 97
bal
topladım.
Semestr
imtahanlarından
əvvəl
kollokvium
imtahanları
verdik.
Kollokvium
imtahanları
da
mərkəzləşmiş
qaydada,
yazılı
keçirilir.
O
imtahanlarda
da
heç
bir
problem
yaşamadıq.
- İmtahan
sessiyasından
əvvəl
tələbələr
arasında
hansısa
formada
məlumatlandırma
prosesi
aparıldı?
-
Nəinki
imtahan
sessiyasından,
elə
oktyabr
ayınının
əvvəlindən,
yəni
kollokviumlardan
qabaq
birinci
kursları
yığıb
mərkəzləşdirilmiş
qayda,
balların
hesablanması
barədə
tyutorlar
bizi
məlumatlandırdı.
Hər
sualımızı
cavablandırdılar,
hesablanmanı
lövhədə
də
göstərdilər
ki, özümüz
də
balları
hesablaya
bilək.
İmtahan
sessiyasından
əvvəl
isə
universitetdə
imtahan
qərargahının
yaradılması,
qaynar
xətt
xidmətinin
fəaliyyət
göstərməsi
barədə
bizə
məlumat
verildi.
Dedilər
ki,
valideynlərinizin,
ya
da özümüzün
hər
hansı
şikayətiniz
olsa
bura
zəng
vura
bilərsiniz.
İmtahan
sessiyasının
kameralardan
izləniləcəyi
də
deyilmişdi.
- İqtisad
Universitetinin
imtahan
sessiyasında
yeniliklərdən
biri,
imtahanların
canlı
yayımlanması
idi.
Sənin
valideynlərin
necə,
imtahanları
izlədilərmi?
-
Valideynlərimə
bu
barədə
demişdim,
amma
izləmədilər.
Çünki
həmişə
mənə
güvəniblər.
Heç
məktəb
vaxtı
da
gəlib
soruşmurdular
ki,
dərslərim
necə
gedir.
Yalnız
valideyn
iclaslarına
çağırılanda
məktəbə
gedərdilər
(gülür).
-
Rektorla
sessiyaqabağı
görüşləriniz
oldu?
- Əlbəttə
oldu.
Rektor
Ədalət
Muradov
tələbələrlə
tez-tez
görüşür.
Ümumi
I
kurslarla
da
görüş
keçirdi,
mənimlə
də
şəxsən
görüşdü.
Kollokvium
prosesi
ilə
bağlı
iki-üç
dəfə
də
mənimlə
görüşüb,
fikirlərimi
qeydə
alıb.
Elmi şura
keçiriləcək,
imtahanlar
müzakirə
olunacaq.
Mən
də
iştirak
edəcəyəm.
- İmtahanların
sualları
sizə
paylanılmışdımı,
suallarda
çətinliyiniz
olanda
müəllimlər
hansı
köməkliyi
edirdilər?
-
Hər
kollokvium üçün
25
sual
seçilirdi,
həmin
suallar
cavabları
ilə
birlikdə
universitetin
rəsmi
saytına
yerləşdirilirdi.
İmtahan
suallarına
gəldikdə
isə
kollokviumların
sualları
toplanılaraq
ümumilikdə
75
sualın
hər
biri
cavabları
ilə
birlikdə
sayta
yerləşdirilirdi.
Müəllimlər
də
suallara
daha
geniş
cavablar
tapmaq üçün
tələbələrə
kömək
edirdilər.
İmtahan
suallarında
nəsə
anlaşılmazlıq
olanda
müəllimlərə
yaxınlaşırdıq.
Əlavə
məlumat
əldə
etmək
üçün
mənbələr
deyirdilər,
kitablar
verirdilər.
Saytda
cavablar
var
idi,
amma
daha
yaxşı
qiymət
almaq
üçün
əlavə
materiallara
ehtiyac
olurdu. İmtahanda
qarşımıza
5
sual
qoyurdular,
biz
onların
ikisini
seçib
yazılı
cavablandırmalıydıq.
Hər
imtahana
bir
saat
vaxt
verdilər,
yetərli
idi.
İqtisad
Universitetində
imtahan
sessiyası
çox şəffaf
keçdi.
İmtahanların
bu
qədər
şəffaf
keçəcəyini
gözləmirdim.
-
Universitetə
gələndən
hər
hansı
mənfi
nüanslarla
qarşılaşmısanmı?
-
Orta
məktəbdə
oxuyanda
mənfi
şeylər
qulağıma
çatırdı.
Qorxurdum
ki,
gəlib
belə
hallarla
qarşılaşaram.
Heç
bir
mənfi
nüansla
qarşılaşmadım.
Bizim
qrupdan
oxuyanların
hamısı
imtahanlardan
uğurla
keçdi.
Yalnız
bir
nəfərin
imtahandan
keçməyə
bir
balı
çatmırdı.
Rektor
onu
da
tələbənin
xeyrinə
həll
etdi
və
tələbənin
balı
artırıldı.
Mən
özüm
rektorla
görüşdə
ona
təşəkkür
etmişəm
ki,
bizə
belə şərait
yaradıb.
Rektor
həmişə
bizimlə
görüşəndə
də
təhsil
sistemində
olan
bu
yeniliklərdə
təhsil
naziri
Mikayıl
Cabbarovun
böyük
rolu
olduğunu
qeyd
edir.
Mən
cənab
nazirimizə
də
təşəkkür
edirəm.
Emilə
vaxt
ayırdığı
üçün
təşəkkür,
təhsil
həyatında
uğur
arzu
edirəm.
Elmi şuranın
iclası
yaxınlaşdığı üçün
son
sualımı
da
ünvanlayıb,
müsahibimlə
sağollaşıram.
-
Gələcək
planların
nədir?
Əvvəllər
bakalavr
təhsilimi
də
xaricdə
davam
etdirmək
istəyirdim,
amma
buradakı
tədris
prosesini
gördükdən
sonra
fikrimi
dəyişdim.
Çünki
buradakı
təhsil
xaricdəki
təhsillə
eynidir. Çox
savadlı
müəllimlərimiz
var.
Təkcə
nəzəri
yox,
təcrübi
tədris
də
çox
güclüdür.
Yəqin
ki,
magistr
təhsilimi
xaricdə
alacağam.
Foto
Rəşad
RAMAZANOĞLU |