Martın 5-də Bakı Slavyan Universiteti (BSU) və Gənclərin
Töhfəsi İctimai Birliyinin (GTİB) birgə təşəbbüsü ilə
vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlayan
tədbirdə Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali təhsil
müəssisəsinin rektoru, professor Asif Hacıyev və
GTİB-nin sədri Asim Vəliyev hazırda Azərbaycanın ən
böyük ağrısı olan Qarabağ problemi barədə danışıb,
gəncləri vətənpərvər, mübariz olmağa səsləyiblər.
Qarabağ müharibəsi zamanı kəşfiyyat-diversiya dəstəsinin
komandiri olmuş, "Azərbaycan Bayrağı" ordenli İbad
Hüseynov, müharibə veteranı Arif Məhərrəmov və başqaları
torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə baş
verən hadisələrdən söz açıblar.
Digər çıxış edənlər Azərbaycanın ordu quruculuğu və
idman sahəsində qazandığı uğurlardan danışıblar.
Tədbirdə gənclərdə vətənpərvərlik his
sini aşılayan qısametrajlı film nümayiş olunub, milli
ruhlu musiqi nömrələri səsləndirilib. |