Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Təhsil Problemləri İnstitutunda Elmi Şuranın iclası olub

 

Böyütmək üçün seçinAMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının müvafiq qərarına əsasən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun nəzdində yaradılan pedaqogika və psixologiya problemləri üzrə Elmi Şuranın   ilk iclası keçirilib. Təhsil Problemləri İnstitutunun  direktoru  hüquq üzrə  fəlsəfə doktoru Qulu Novruzov  Şura üzvlərini salamlayaraq Elmi Şuranın qarşısında qoyulan vəzifələrdən danışıb. Qeyd edib ki, geniş elmi və pedaqoji ictimaiyyəti əhatə edən şuranın işi ictimai əsaslarla nəzərdə tutulduğundan informasiya texnologiyalarının imkanlarından istifadə edərək  prosesin sadələşdirilməsi və səmərəliliyinin artırılması vacib məsələlərdən biridir.

Elmi Şuranın sədri institutun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb.

Bildirib ki, tərkibinə 20 nəfər tanınmış pedaqoq alimin daxil olduğu Şuranın əsas fəaliyyət istiqamətləri pedaqogika və psixologiya elmlərinin və texnologiyalarının inkişaf meyilləri nəzərə alınmaqla yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi; elm və təhsilin inkişafının təmin edilməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması; elmi-texniki potensialın qorunması; Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsi; elmi tədqiqatların və innovasiya siyasətinin səmərəliliyinin artırılması və s. istiqamətlərdə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi, elmi tədqiqatların əlaqələndirilməsi, mövzuların təkrarlanmasının qarşısının alınmasıdır.

Şuranın fəaliyyətinin tənzimlənməsi və idarə olunması işi institutun eyniadlı əlaqələndirmə şöbəsinə həvalə edilib. 

İclasda Şuraya daxil olmuş 56 şəxsin dissertasiya mövzularına baxılıb. BDU, BSU, ADU, NDU, TPİ, AMİ və s. elm-təhsil müəssisəsinin doktorant və dissertantların pedaqogika, metodika və psixologiya sahələrinin müxtəlif istiqamətləri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq üçün üzərində işlədikləri dissertasiya mövzuları müzakirə obyekti olub. 

ARTPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov