Türkiyənin Qazi Universitetinin rektoru Süleyman
Büyükberberin rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.
Qonaqlar əvvəlcə universitetin MBA, İngilis Dilində
Tədris Mərkəzi, "SABAH" Mərkəzi və İnnovativ Biznes
İnkubatoru ilə tanış olub, dərslərdə iştirak ediblər.
Sonra ali təhsil ocağının professor-müəllim heyəti ilə
görüş keçirilib.
Görüşdən sonra rektorlar Ədalət Muradov və Süleyman
Büyükberber iki universitet arasında əlaqələrin inkişaf
etdirilməsi məsələlərini müzakirə ediblər. ADİU-nun Türk
Dünyası İşlətmə fakültəsində magistratura pilləsi üzrə
Qazi Universiteti ilə birgə ikili diplom proqramlarının
açılması, yüksək ixtisaslı elmi-pedaqoji kadrların birgə
hazırlanması və müəllim-tələbə mübadiləsinin həyata
keçirilməsi üzrə qarşılıqlı razılıq əldə edilib.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |