Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

"Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi" mövzusunda növbəti təlimlər

 

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, həmçinin "Ümidli Gələcək" Gənclər Təşkilatının birgə layihəsi olan "Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi" mövzusunda növbəti təlimlər keçirilib.

Mingəçevir, Gəncə və Şəki şəhərlərində keçirilən təlimlərin məqsədi orta ümumtəhsil müəssisələrində biologiya və həyat bilgisi fənlərini tədris edən müəllimlərin zərərli vərdişlərdən qorunma, sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı səriştə və kompetensiyalarının artırılmasıdır.

Müəllimlər insanın bioloji və psixososial inkişafı, yeniyetmələrin riskli davranışlarının səbəbi və onu tənzimləmə mexanizmləri, təhlükəsiz məktəb mühitinin xüsusiyyətləri və bu kimi digər məsələlər barədə mütəxəssislərin mühazirələrini dinləyib, praktik məşğələlərdə iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov