Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

BŞTİ rəhbərliyi Bakı məktəblərinin direktorları ilə görüşüb

 

Böyütmək üçün seçinFevralın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi arasında görüş keçirilmişdir.

Görüşdə nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, BŞTİ-nin müfaviq struktur bölmə rəhbərləri və idarənin əməkdaşları da iştirak etmişlər.

Nazir müavini Ceyhun Bayramov Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırlatmış, BŞTİ-nin həyata keçirəcəyi yeniliklərdən söz açmışdır. Nazir müavini eyni zamanda bu ildən etibarən I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılacağını vurğulamış və bunun  məqsəd və mahiyyəti barədə məktəb rəhbərlərini ətraflı məlumatlandırmışdır.

Görüş qarşılıqlı müzakirə şəklində baş tutmuş, direktorlar tərəfindən müxtəlif fikir və təkliflər səsləndirilmiş və verilən çoxsaylı suallar nazir müavini Ceyhun Bayramov tərəfindən cavablandırılmışdır.  Böyütmək üçün seçin

www.bakuedu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov