Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Rəsmi xronika

 

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5-6 mart tarixlərində Müqəddəs Taxt-Tacda - Vatikanda rəsmi səfərdə olub.

 * Ölkə başçısı İlham Əliyev 3-5 mart tarixlərində  Bolqarıstan Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, sənədlər imzalanıb.

 * Martın 4-də Prezident İlham Əliyev N.D.Aslanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 * Ölkə başçısı İlham Əliyevin 4 mart 2015-ci il tarixli sərəncamı ilə   Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib.

 * Martın 3-də dövlət başçısı İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi, bir qrupunun isə "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Martın 3-də Prezident İlham Əliyev Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Ölkə başçısı İlham Əliyev martın 3-də Rusiya Federasiyasının "BTБ" Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

 * Martın 2-də dövlət başçısı İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Böyük Britaniya  Baş  nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarls Hendrini qəbul edib.

 * Martın 2-də ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasında gənclərlə iş və idman sahəsində çalışan əməkdaşların təltif edilməsi haqqında sərəncam imzalayıb.

 * Prezident İlham Əliyev martın 2-də Azərbaycan Respublikası vətəndaşlarının  2015-ci  il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

 * Martın 5-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə görüşüb.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov