Fevralın 15-də Lənkəran Şəhər Şahmat Məktəbində
uşaq-gənclər şahmat məktəblərinin komandaları arasında
respublika birinciliyinin zona yarışları keçirilib.
Bir həftə davam edən zona
yarışlarında 12 komandanı təmsil edən 72 gənc şahmatçı
mübarizəyə qoşulub. Zona birinciliyində cənub bölgəsinin
rayonları ilə yanaşı, Bakı şəhərinin 2 komandası -
Respublika Şahmat Məktəbi və 19 nömrəli Uşaq-Gənclər
İdman Məktəbini təmsil edən 12 şahmatçı iştirak edib.
Lənkəran Şəhər Şahmat Məktəbinin direktoru,
respublikanın əməkdar məşqçisi İdrak Dadaşovdan
aldığımız məlumata görə, yarışlar Beynəlxalq Şahmat
Federasiyasının qaydalarına əsasən dairəvi sistem üzrə
keçirilib. On bir turdan ibarət zona mərhələsində hər
komandada 6 oğlan, 2 qız şahmatçı yarışıb. Qeyd edək ki,
zona birinciliyində birinci və ikinci yerləri tutan
komandalar finalda iştirak etmək hüququ qazanıblar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |