Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Liseyin şagirdləri beynəlxalq müsabiqədə iştirak edəcəklər

 

Böyütmək üçün seçin Bakı Dövlət Universitetinin "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri" IV Respublika müsabiqəsinin qalibləri olublar.

Müsabiqədə "Gənc istedadlar" liseyinin 10-cu sinif şagirdləri Rəna Həsənzadə və Ləman Əliyeva BDU-nun professoru Ülviyyə Həsənovanın rəhbərliyi ilə kimya kateqoriyası üzrə 1-ci yerə layiq görülüb və bu ilin may ayında ABŞ-da keçiriləcək beynəlxalq müsabiqədə ölkəmizi təmsil etmək hüququ qazanıblar. 9-cu sinif şagirdləri Raul İsgəndərov, Almaz Ömərov və 10-cu sinif şagirdi Aysel Süleymanlı isə BDU-nun professoru Rafiq Həsənovun rəhbərliyi ilə biologiya kateqoriyası üzrə birinci yerə çıxıblar. Liseyin 10-cu sinif şagirdi Ləman Qurbanova isə BDU-nun professoru Yaqub Qəribovun rəhbərliyi ilə ekologiya və ətraf mühitin idarə olunması kateqoriyası üzrə ikinci yeri tutub. Bundan əlavə, 11-ci sinif şagirdi Nurdil Nuru BDU-nun dosenti Qəzənfər Bayramovun rəhbərliyi ilə fizika, astronomiya kateqoriyası üzrə, 9-cu sinif şagirdləri Sonya Fərəcova, Xalidə Quliyeva, Banu Abdullazadə, Hüseyn Hüseynov isə BDU-nun professoru Famil Çıraqovun rəhbərliyi ilə kimya kateqoriyası üzrə üçüncü yerə layiq görülüblər.

Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub. Ümumilikdə lisey üzrə 11 şagird ilk üçlükdə yer alıb.

Rektor, akademik Abel Məhərrəmov şagirdləri qəbul edərək təbrik edib. Universitet professorları ilə lisey şagirdləri arasında sıx əlaqədən danışan rektor, şagirdlərin davamlı olaraq universitet laboratoriyalarında təcrübə keçdiklərini diqqətə çatdırıb və ABŞ-da keçiriləcək beynəlxalq müsabiqədə iştirak hüququ qazanan şagirdlərə vətənimizi layiqincə təmsil etməyi arzulayıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov