Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın
İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna
kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və
həmin şöbənin aparıcı məsləhətçisi Kamil Baxşəliyev
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində olub, bu il məzun olacaq bakalavrlarla
görüşüblər.
Görüşün keçirilməsində məqsəd builki məzunları dövlər
qulluğuna qəbul qaydaları ilə tanış etmək olub. A.Hüseyn
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramında , "Açıq Hökumətin təşviqinə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda
icrası komissiyaya həvalə olunmuş tədbirlərin həyata
keçirilməsi, komissiyanın məqsəd və funksiyaları,
fəaliyyəti və qarşısında duran vəzifələr, dövlət
qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər barədə
məlumat verib. Görüşdə tələbələr dövlət qulluğuna
qəbulun şərtləri, vəzifə seçimi zamanı diqqət yetirməli
məqamlar, ixtisas tələbi, sənədlərin hansı formada
təqdim edilməsi barədə ətraflı məlumat alıblar.
Sonda tələbələrə bukletlər təqdim edilib və onları
maraqlandıran suallar cavablandırılıb. |