Azərbaycan Respublikası Təhsil
Nazirliyinin maliyyə və "Gənclərin Sosial İnkişafına
Dəstək" (GSİD) İctimai Birliyinin təşkilati dəstəyi ilə
"İctimai təşəbbüslərin dəstəklənməsi" üzrə layihə
müsabiqəsi çərçivəsində Astara və Lənkəran rayonlarında
"Orta təhsili idarə edən gənc kadrlar üçün menecment
kursları" layihəsinə start verilib.
Layihənin əsas məqsədi Astara və Lənkəran rayonlarında
ümumtəhsil məktəblərini idarə edən gənc kadrların
(məktəb direktorları və müavinlər) müasir idarəetmə (menecment)
sahəsində bilik və bacarıqlarının artırılmasına yardımçı
olmaqdır. Layihə çərçivəsində hər rayondan 30 nəfər
olmaqla qırx yaşına kimi məktəb direktorları və
müavinlər seçilərək 5 günlük müasir idarəetmə
təlimlərinə cəlb olunacaqlar. Təlimlərdə təhsilin müasir
idarəetmə prinsipləri, tabeliklərində olan insan
resurslarının düzgün idarə edilməsi, maliyyənin, texniki
resursların və vaxtın idarə olunması, valideyn-məktəb
əlaqələrinin səmərəli təşkili, məktəbin fəaliyyətinin
ictimailəşdirilməsi və s. haqqında geniş bilik və
bacarıqlar aşılanacaqdır. Təlimin sonunda hər bir
iştirakçıya təşkilat tərəfindən xüsusi sertifikatlar
təqdim olunacaq.
Rövşən BAĞIROV,
"Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyinin
sədri, layihənin rəhbəri |