Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Azərbaycanda 4M Academy fəaliyyətə başlayıb

 

 Azərbaycanda "Harvard Business School"-un "Harvard Managementor" proqramı əsasında yaradılmış 4M Academy fəaliyyətə başlayıb.  Fəaliyyətinin əsas istiqaməti İnkişaf və Karyera bələdçiliyi olan mərkəz 2+1 aylıq proqramı əsasında gənclərin karyera quruculuğunu öz üzərinə götürür. Əvvəlki təlim və proqramlardan fərqli olaraq mərkəz  2+1 ay müddətində təkcə  öyrətməklə  kifayətlənmir,  eyni zamanda işin icraat hissəsini də təmin edir,  gənclərlə birgə addımlayır, onların qarşısına çıxan bütün  maneələrdə bələdçi olur. 4M Academy professional  karyera həvəsində olan gənclərə lazımi bilik və bacarığın təmin olunması ilə bərabər dünyagörüşünün artırılması, gələcəyə "Yol xəritəsi"nin,  kiçik və uzunmüddətli planların hazırlanması məsələlərini də öz öhdəsinə götürür. 

4M Academy-dən məzun olan gənc bugünkü həyatını, sabahını, gələcəyini, kim olacağını, nə edəcəyini, nə vaxt, harada və necə edəcəyini bilən, artıq hərəkətə başlamış, motivasiyası və gələcəyini özü müəyyən edə bilən, komplekslərdən uzaq, ünsiyyətcil, lider və iş həyatına tam hazır şəkildə yetişmiş şəxsdir. 4M Academy 3 aylıq müddətində, rüblük, aylıq, həftəlik, günlük, saatlıq tapşırıqları özündə birləşdirən, müraciət edən şəxslərin ilkin tələbləri ödəməli, iştirakçıların gün ərzində 4 saat vaxt ayırmalı olduğu və alternativi olmayan mərkəzdir. 4M Academy-nin məzunları proqramı bitirmə dərəcələrinə uyğun olaraq təkcə diplom yox, eyni zamanda "Harvard Managementor"un məzunu olmalarına dair şəhadətnamə də əldə edəcəklər.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov