Yanvarın
26-dan başlayaraq Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin rejissor sənəti və aktyor
sənəti fakültələrinin bir qrup tələbəsi universitetin
"Səda" Tədris Teatrında təcrübə keçib. Bir ay ərzində
xalq artistləri, professorlar İlham Namiq Kamal, Ağakişi
Kazımov, professor Gülşən Əliyeva-Kəngərli, əməkdar
incəsənət xadimi, dosent Bəhram Osmanov, əməkdar
incəsənət xadimi, professor Fikrət Sultanov və əməkdar
artist, professor Gülşad Baxşıyeva tələbələrə ustad
dərsləri veriblər. Bunun nəticəsi olaraq keçirilən
tədbirdə təcrübə rəhbərləri Sevda Teymurova və Əsmət
Qəşəmova çıxış edərək tələbələrin bu ay əzində qazandığı
təcrübədən, ustad dərslərinin əhəmiyyətindən
danışıblar.Tədbirdə bütün dərsləri özündə əks etdirən
slayd-şou da nümayiş olunub. Rejissor və aktyor ixtisası
üzrə təhsil alan tələbələr ustad dərsi keçən müəllimlərə
təşəkkürlərini bildirərək bu dərslərin onlar üçün
məhsuldar olduğunu və həqiqətən də böyük təcrübə
qazandıqlarını qeyd ediblər. Tədbirdə çıxış edən "Səda"
Tədris Teatrının direktoru Mirələsgər Aslanov da
tələbələrlə ustadlar arasında təşkil etdikləri bu
görüşlərin tələbələrin gələcək işlərində öz əksini
tapacağını, yaradıcılıqlarında böyük rol oynayacağını
deyib. Ustad dərsləri keçmiş professorlar və digər
əməkdaşlar təşəkkürnamələrlə təltif ediliblər. |