"Naxçıvan" Universitetində Xocalı faciəsinin 23-cü
ildönümünə həsr edilmiş konfrans keçirilib. Konfrans
başlamazdan əvvəl tədbir iştirakçıları foyedə nümayiş
etdirilən Xocalı soyqırımına aid sərgi ilə tanış olublar.
Universitetin akt zalında davam edən konfransda əvvəlcə
Xocalıda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Konfransı ali təhsil
ocağının rektoru, professor İsmayıl Əliyev açıb.
İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə
doktoru, dosent Elbrus İsayevin "XX əsrdə bəşəriyyətə
qarşı törədilmiş ən böyük faciə", Azərbaycan dili və
ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə
doktoru Nurlana Əliyevanın "Xocalı faciəsi bədii
ədəbiyyatda", universitetin əməkdaşı Nuray Əsgərovanın
"Xocalı faciəsi dünya mətbuatında" mövzularında
çıxışları dinlənilib.
Sonda tələbələr Xocalıya həsr olunmuş şeirlər
səsləndirib və qısametrajlı sənədli film nümayiş
etdirilib.
Mətbuat xidməti |