Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

"Unutma, unutdurma"

 

Böyütmək üçün seçinFevralın 26-da Təhsil Nazirliyinin tabeliyindəki "Tərəqqi" texniki-humanitar liseyində Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirildi. Liseyin müəllim və şagirdləri faciə qurbanlarının xatirəsini hörmətlə yad etdilər. Dövlət himninin ifasından sonra faciəyə həsr olunmuş "Unutma, unutdurma" adlı videoslaydların nümayişi oldu. Sonra  II "b" sinif şagirdləri Xocalı soyqırımına həsr olunmuş bədii kompozisiya təqdim etdilər. Şagirdlərin  pantomim janrında təqdimatları tədbir iştirakçılarına acılı anlar yaşatdı. V "a"  və V "b" sinif şagirdləri Zeynəb, Fatimə, Selcan, Şəbnəm,  IX "a" sinif şagirdləri İlahə və Zülfiyənin ifa etdikləri şeirlər  isə sanki faciə qurbanlarına elegiya oldu.

IX sinif şagirdləri Zərnigar və Fidanın  "O qızın göz yaşları..." kompozisiyası da tədbirin ən maraqlı və təsirli nömrəsi oldu.

Bir qrup şagird növbə ilə Xocalı faciəsi, onun başvermə səbəbləri haqqında danışdı, faciənin acı statistikasını yada saldı. Xocalı faciəsini tariximizin ən qanlı səhifələrinin biri kimi xarakterizə edən şagirdlər onu heç vaxt unutmayacaqlarını bildirdilər.

Tədbirdə yazıçı Hüseynbala Mirələmovun şagirdlər tərəfindən səhnələşdirilmiş "Xəcalət" pyesi iştirakçıların çox xoşuna gəldi. Pyesdə Xocalıdan qaçqın düşmüş bir ailənin faciəsindən bəhs edilir.

Xocalı faciəsinin dünyaya soyqırımı kimi tanıdılması istiqamətində ölkəmizdə aparılan işlərdən söz açan şagirdlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasının müsbət nəticələr  verdiyini, artıq dünyanın onlarca dövlətində Xocalı faciəsini soyqırımı kimi tanıyan və onu pisləyən bəyanatlar qəbul olunduğunu diqqətə çatdırdılar.

Sonda liseyin direktoru, əməkdar müəllim Məhbubə Məmmədova çıxış edərək Xocalı faciəsinin xalqımızın ən ağır dərdlərindən biri olduğunu və onun unudulmaması üçün bugünkü şagirdlərin də üzərinə məsuliyyət yükü düşdüyünü söylədi, tədbirin hazırlanmasında və təqdimatında əməyi olan müəllim və şagirdlərə minnətdarlığını bildirdi. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov