Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

"Xocalım, dərdim mənim"

 

Böyütmək üçün seçinBakı şəhərindəki 23 nömrəli tam orta məktəbdə 26 fevral Xocalı soyqırımı ilə bağlı "Xocalım, dərdim mənim" adlı bədii kompozisiyalı tədbir keçirildi. Öncə soyqırımla bağlı məktəbin foyesində təşkil edilmiş sərgi ilə tanış olan iştirakçılar sonra qərənfil və fotoşəkillərlə əhatə olunmuş zala daxil oldular.  Dövlət himninin sədaları altında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimin aparıcıları ermənilərin havadarları ilə birlikdə azərbaycanlıların başına gətirdikləri müsibətlərdən söz açdılar, tarixə nəzər salaraq 1905-1907, 1918-ci ilin mart soyqırımı, 1948-1953-cü illər deportasiya, nəhayət, əsrin sonlarında 20 Yanvar, Xocalı soyqırımı kimi faciələri iştirakçıların diqqətinə çatdırdılar. Məktəblilər xronoloji ardıcıllıqla faciə haqqında məlumat verməklə şeirlər, bayatılar söylədilər, xorla mahnılar ifa edərək səhnəciklər təqdim etdilər. Eyni zamanda ekranda Xocalı soyqırımını əks etdirən slaydlar nümayiş olundu. Şagirdlər Vətəni göz bəbəyi kimi qoruyacaqlarına and içdilər. Ulu öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin, Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqların azad olunacağına əminliklərini bildirdilər.

Məktəbin müəllimləri Elza Orucova, Pərvin Qurbanovanın təşkil etdiyi anım gecəsində şagirdlərdən İlham, Sara, Nurluay, Aydan və digərləri daha fəal iştirak etdilər. Qarabağ Qazilərinin sədri Firudin Məmmədov, keçmiş döyüşçü Rafiq Kərimov çıxış edərək faciə ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşdülər.

Sonda məktəbin direktoru Yuliya Kərimova yüksək səviyyədə keçirilən tədbirin əhəmiyyətini xüsusi qeyd edərək müəllim, şagird kollektivinə və iştirakçılara təşəkkür etdi. 

Fazil İDRİSOĞLU,
foto müəllifindir

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov