Azərbaycan
Turizm və Menecment Universitetinin rektoru, professor
Cəfər Cəfərov Sudan Respublikasının ölkəmizdə
fəaliyyət göstərən səfir müstəşarı cənab Məhəmməd Osman
ilə görüşüb. Universitetin İnformasiya şöbəsinin
marketinq bölməsinin mütəxəssisi Sədaqət Turabova
tərəfindən redaksiyamıza daxil olan məlumatda
bildirilir ki, rektor qonağa ali təhsil ocağının
fəaliyyət tarixi, xarici əlaqələri, perspektiv planları
haqqında ətraflı məlumat verib. Söhbət zamanı hər iki
ölkədə turizmin müasir vəziyyəti və inkişaf
istiqamətləri müzakirə predmeti olub. Görüşdə ATMU ilə
Sudan Respublikasının ali təhsil ocaqları arasında
qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |