Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

AMİ-nin Qazax filialında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

 

Fevralın 25-də AMİ-nin Qazax  filialında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Öncə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə filialın direktoru dosent Afaq Qasımova açaraq erməni faşistlərinin törətdiyi Xocalı faciəsinin  öz dəhşətlərinə görə digər faciələrdən fərqləndiyini bildirdi.

Qeyd etdi ki, bu faciəyə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib. A.Qasımova Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi tanınması üçün ölkəmizdə aparılan işləri də diqqətə çatdırdı və aparılan bu sistemli ardıcıl təbliğat işi nəticəsində artıq dünyanın bir çox ölkələrinin soyqırımı tanıdığını söylədi.

Tədbirdə tədris işləri üzrə direktor müavini, dosent M.Yusifov, dekan müavini M.Süleymanov, III kurs tələbəsi S.Namazova çıxış edərək faciə ilə bağlı fikirlərini bildirdilər. Xocalı faciəsinə aid slaydlar göstərildi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov