Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Bakı Slavyan Universitetində  kitabların təqdimatı olub

 

Fevralın 24-də Bakı Slavyan Universiteti  nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin Qarabağ bölməsi tərəfindən hazırlanmış "Xocalı soyqırımı" və "Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım" adlı kitabların təqdimat mərasimi olub. Mərasimin əvvəlində faciə qurbanlarının xatirəsi yad edilib. Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev Xocalı soyqırımında ermənilər tərəfindən törədilmiş dəhşətləri bir daha xatırladıb, habelə nəşr olunan kitablar barədə məlumat verib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Xocalı soyqırımına siyasi, hüquqi qiymət verilərək, faciənin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühüm işlər görüldü. Bu missiyanı davam etdirən dövlət başçısı İlham Əliyev Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılmasına, erməni vandalizminin ifşasına xüsusi diqqət ayırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyası ötən illər ərzində uğurlara nail olmuşdur. Bu aksiyaya qoşulan Bakı Slavyan Universiteti öhdəsinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirməyə çalışır. "Xocalı soyqırımı" və "Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım" adlı kitabların dünyanın 12 dilində dərc edilməsi bunun əyani sübutudur.

Tədbirdə çıxış edənlər azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım - düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya, mənfur ermənilərin törətdikləri vəhşiliklər, onların azərbaycanlılara qarşı uzun illər apardıqları ardıcıl etnik təmizləmə və təcavüzü nəticəsində on minlərlə insanın qətlə yetirilməsi, elindən-obasından didərgin düşməsi və bu kimi özbaşınalıqlar barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüblər.

AMEA-nın həqiqi üzvü, professor Kamal Abdullayevin təşəbbüsü və tövsiyəsi ilə nəşr olunmuş kitabların müəllifi BSU-nun dosenti, Qarabağ müharibəsi veteranı Sabir Məmmədovdur. Müəllif  kitabın ərsəyə gəlməsində köməklik göstərən BSU rəhbərliyinə dərin minnətdarlığını bildirib. O bu kitabların azərbaycanlıların məruz qaldığı amansız qətliamın dünya ictimaiyyətinə və gənc nəslə çatdırılmasında əhəmiyyətli vasitə olacağını əminliklə vurğulayıb.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov