Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

AMİ-də anım mərasimi keçirilib

 

Böyütmək üçün seçinFevralın 25-də Azərbaycan Müəllimlər İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq bildirib ki, Xocalı soyqırımına məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edilərək dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərilmişdir.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə son illər Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciəyə həsr olunmuş tədbirlər keçirilir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Aparılan geniş təbliğat işləri nəticəsində Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras kimi ölkələr, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr, Amerika Birləşmiş Ştatlarının 15 ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Sonra Milli Məclisin deputatı Flora Qasımova azərbaycanlılara və türk xalqlarına qarşı ermənilərin soyqırım siyasətindən söz  açıb.

Çıxışlardan sonra isə tədbir iştirakçıları Qarabağ mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş "Dolu" bədii filmini izləyiblər.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov