Azərbaycan
Dillər Universitetində pedaqoji (ingilis dili-alman dili)
fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr
olunmuş "Xocalı harayı" adlı tamaşa nümayiş olunub.
Tamaşa fakültənin 204 b qrup tələbəsi Gülnar Xəlilovanın
ssenarisi əsasında tələbələrin iştirakı ilə təqdim
edilib.
Tamaşanın nümayişindən öncə Azərbaycan Respublikasının
Dövlət himni səsləndirilib, Xocalı soyqırımında həlak
olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Sonra pedaqoji fakültənin II kurs tələbələri Elnurə
Cəfərzadə və Anara Məmmədova Xocalıda baş verən
hadisələr, soyqırımında həlak olan insanlar haqqında
ətraflı məlumat verib, şeir söyləyiblər.
Sonra iştirakçılar "Xocalı harayı" tamaşasını
izləyiblər.
Nümayişdən sonra ADU-nun rektoru, Milli Məclisin
deputatı, professor Səməd Seyidov çıxış edərək Xocalı
soyqırımının xalqın ən qanlı tarixi olduğunu dedi. Bu
gün bu tarixi xatırladan gənclərin yaşının Xocalı
soyqırımından keçən zamana bərabər olduğunu söyləyən
rektor Səməd Seyidov bu qanlı xatirəni çatdıran
tələbələrin ona canlı tarix kimi yanaşdıqlarını nəzərə
çatdırdı. Azərbaycan xalqının daim yaşayacağına,
Qarabağın, Xocalının və digər işğal altında olan
torpaqlarımızın geri qaytarılacağına əminliyini ifadə
edən rektor faciədə əzilməyən xalqın dirçəldiyini,
gücləndiyini vurğuladı.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin
deputatı Məlahət İbrahimqızı tamaşanın yüksək səviyyədə
hazırlandığını söylədi, Azərbaycanın gələcəyinə böyük
ümidlər doğuran gənclərin yetişdiyini bildirdi.
Mətbuat xidməti |