Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

ADİU-da faciə qurbanlarının xatirəsinə abidə ağacı ucaldılıb

 

Böyütmək üçün seçinFevralın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə ali təhsil müəssisəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı soyqırımı haqqında qısametrajlı sənədli film nümayiş etdirilib. ADİU tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Anım mərasimi ADİU-nun 2 saylı tədris binasının həyətində  Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ağacın ziyarəti ilə davam edib. Ağacın üzərində olan yarpaqlarda faciə qurbanlarının adları həkk olunub. Abidə önündə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu gün də qətiyyətli addımlar atılır.

Daha sonra ADİU tələbələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar  universitetdə silsilə tədbirlər keçirilib. Bütün tədris binalarının foyesində "Xocalı faciəsi" guşəsi yaradılıb. Dəhlizlərdə quraşdırılan monitorlarda faciəyə həsr olunan sənədli filmlər nümayiş olunub. "İqtisadçı" qəzetinin fevral buraxılışı Xocalı faciəsinə həsr olunub, qətliamla bağlı məqalələr dərc edilib. Tədbirlər çərçivəsində fevralın 26-da ilk dərslər Xocalı faciəsinə həsr edilib.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov