Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

BDU-da soyqırımı qurbanlarının xatirəsi anılıb

 

Böyütmək üçün seçinFevralın 23-də Bakı Dövlət Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetin foyesində faciə ilə bağlı sərgiyə baxışla başlayan tədbir işini böyük akt zalında davam etdirib. Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc  əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər. Rektor bildirib ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıb. Rektor həmçinin bildirib ki, bu gün eyni siyasət Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən həyata keçirilir.

Sonra tarix elmləri doktoru, professor Sani Hacıyev, tarix fakültəsinin dosenti Boran Əziz soyqırımı ilə bağlı fikirlərinin bölüşüb, tarixi fakt və sənədlərə istinad ediblər.

Tədbir tələbələrin Xocalı faciəsinə həsr olunmuş şeirləri səsləndirmələri ilə başa çatıb.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov